Qelebə.az / Türkiyənin futbol liqalarında oyunların bərpa olunma tarixi müəyyənləşib

Türkiyənin futbol liqalarında oyunların bərpa olunma tarixi müəyyənləşib

13-12-2023, 15:37

Türkiyənin futbol liqalarında oyunların bərpa olunma tarixi müəyyənləşib.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi məlumat verib.

O bildirib ki, İdarə Heyəti çempionatlarda növbəti turun matçlarının dekabrın 19-dan etibarən keçirilməsini qərara alıb.

Qeyd edək ki, Türkiyə Superliqasının XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub. Bu səbəbdən yerli federasiya bütün liqaların təxirə salındığını açıqlamışdı.

Geri qayıt