Qelebə.az / “Qalatasaray” Çempionlar Liqası ilə vidalaşıb

“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşıb

13-12-2023, 01:59

UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turuna start verilib.

“Report”un məlumatına görə, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olub. Türkiyə təmsilçisi həlledici oyunda minimal hesabla məğlub olaraq qitənin ali klub turniri ilə vidalaşıb.

“Cim-Bom” mübarizəyə Avropa Liqasında davam edəcək. “Mançester Yunayted”in isə, ümumiyyətlə, qitə turnirləri ilə vidalaşıb.

Çempionlar Liqası

Qrup mərhələsi

VI tur

A qrupu

“Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə) 1:0

“Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya) 0:1

Xal durumu: “Bavariya” – 16, “Kopenhagen” – 8, “Qalatasaray” – 5, “Mançester Yunayted” - 4.

Geri qayıt