Qelebə.az / Afrikada 2023-cü ilin futbolçusu açıqlanıb

Afrikada 2023-cü ilin futbolçusu açıqlanıb

12-12-2023, 11:32

Afrikada 2023-cü ilin futbolçusu açıqlanıb.

“QELEBE.AZ” xəbər verir ki, bu ada Nigeriya millisinin hücumçusu Viktor Osimxen layiq görülüb.

İtaliyanın “Napoli” klubunun qolçusu səsvermə zamanı “Liverpul”un lideri Məhəmməd Salah (Misir) və PSJ-nin müdafiəçisi Əşrəf Hakimini (Mərakeş) qabaqlayıb.

Qeyd edək ki, Afrikada 2022-ci ilin ən yaxşı futbolçusu Sadio Mane (Seneqal) seçilmişdi.

Geri qayıt