Qelebə.az / Azərbaycanın qızlardan ibarət U-20 millisi EEVZA-nın çempionatına qatılacaq

Azərbaycanın qızlardan ibarət U-20 millisi EEVZA-nın çempionatına qatılacaq

11-12-2023, 15:41

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, yanvarın 3-7-də baş tutacaq yarışda ümumilikdə 6 ölkənin yığması mübarizə aparacaq.

Komandamız Latviya, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.

AVRO-2024-ə seçmə xarakter daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq kollektiv birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Geri qayıt