Qelebə.az / Azərbaycan klubu ABŞ-dən olan basketbolçu ilə müqavilə imzalayıb

Azərbaycan klubu ABŞ-dən olan basketbolçu ilə müqavilə imzalayıb

10-12-2023, 22:14

Azərbaycan Basketbol Liqasında çıxış edən "Xəzri" heyətini daha bir oyunçu ilə gücləndirib.

Klubdan "Report"a verilən məlumata görə, paytaxt təmsilçisi Aubri Makalpaynla anlaşıb.

ABŞ-dən olan basketbolçu mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Xəzri" daha əvvəl Makol Mavyenlə də müqavilə imzalayıb.

Geri qayıt