Qelebə.az / “Vüqar Həşimov Memorial-2023”: I turun cütləri bəlli olub

“Vüqar Həşimov Memorial-2023”: I turun cütləri bəlli olub

8-12-2023, 13:56

“Vüqar Həşimov Memorial-2023” superturnirində I turun cütləri bəlli olub.

“Report”un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, püşkatma mərasimi Heydər Əliyev Konqres Mərkəzində baş tutub.

Bu gün keçiriləcək I turda aşağıdakı cütlüklər üz-üzə gələcəklər:

Nicat Abbasov (Azərbaycan) - Yorden Van Forest (Niderland)

Vidit Santoş (Hindistan) - Teymur Rəcəbov (Azərbaycan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Rixard Rapport (Rumıniya)

Boris Qelfand (İsrail) - Arjun Eriqaisi (Hindistan)

Aydın Süleymanlı (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan)

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə keçirilən 9-cu Vüqar Həşimov Memorialında şahmatçılar 8-10 dekabrda rapid, 11 dekabrda isə blits üzrə mübarizə aparacaqlar.

Geri qayıt