Qelebə.az / Fransa millisinin üzvü futboldan 4 illik uzaqlaşdırıla bilər

Fransa millisinin üzvü futboldan 4 illik uzaqlaşdırıla bilər

7-12-2023, 16:47

Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba futboldan 4 illik uzaqlaşdırıla bilər.

“QELEBE.AZ” xəbər verir ki, İtaliya Milli Antidopinq Prokurorluğu “Yuventus” klubunun üzvünün cəzalandırılmasını tələb edib.

Müvəqqəti futboldan uzaqlaşdırılan ulduz futbolçunun avqustun 20-də testosteron üçün dopinq testi müsbət nəticələnmişdi. Təkrar test də ilkin nəticəni təsdiqləmişdi.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçinin “Yuventus”la müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.

Geri qayıt