Qelebə.az / Azərbaycanlı futbolçunun komandası Bolqarıstan Kubokunda 1/4 finala yüksəlib

Azərbaycanlı futbolçunun komandası Bolqarıstan Kubokunda 1/4 finala yüksəlib

5-12-2023, 17:53

Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan Kubokunda mərhələ adlayıb.

"QELEBE.AZ"un məlumatına görə, komanda 1/8 finalda "Liteks"lə üz-üzə gəlib.

Rəqibini 4:1 hesabı ilə üstələyən "Arda" 1/4 finala yüksəlib. Hüseynov bu matça start heyətində başlayıb.

Qeyd edək ki, Cəlal Hüseynov iyunun 24-də Bolqarıstan təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Geri qayıt