Qelebə.az / Azərbaycanın iki paracüdoçusu Qran-pridə medal qazanıb

Azərbaycanın iki paracüdoçusu Qran-pridə medal qazanıb

5-12-2023, 11:46

Azərbaycanın iki paracüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pridə medal qazanıb.

“QELEBE.AZ”un məlumatına görə, İlham Zəkiyev (+90 kq) və Xanım Hüseynova (70 kq) gümüş mükafata yiyələniblər.

İ.Zəkiyev J1 kateqoriyasında, X.Hüseynova isə J2 kateqoriyasında final görüşündə rəqiblərinə məğlub olublar.

Qeyd edək ki, ötən gün Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq) ikinci, Namiq Abaslı (73 kq) isə üçüncü yeri tutublar.

Geri qayıt