İtaliyanın “Latsio” klubunun futbolçusu Çiro İmmobile A seriyasında tarixi rekorda imza atıb.
“Report”un Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən məlumatına görə, 33 yaşlı hücumçu A seriyası matçlarında səfərdə 100 qol vuran ilk futbolçu olub.
İtaliya millisinin üzvünün “Salernitana” ilə oyunda (1:2) penaltidən vurduğu top 100-cü səfər qolu kimi əlamətdar olub.
| Futbolçu | Ölkəsi | Oynadığı illər | Qol sayı | |
| 1 | Çiro İmmobile | İtaliya | 2008- | 100 |
| 2 | Joze Altafini | Braziliya, İtaliya | 1958-1976 | 95 |
| 3 | Françesko Totti | İtaliya | 1992-2017 | 89 |
| 4 | Zlatan İbrahimoviç | İsveç | 2004-2023 | 88 |
| 5 | Qunnar Nordal | İsveç | 1949-1958 | 87 |
| 6 | Silvio Piola | İtaliya | 1930-1954 | 86 |
| 7 | Fabio Kvalyarella | İtaliya | 1999-2023 | 80 |
| 8 | Alberto Cilardino | İtaliya | 1999-2017 | 79 |
| 9 | Campyero Boniperti | İtaliya | 1946-1961 | 78 |
| 10 | Kurt Hamrin | İsveç | 1956-1971 | 76 |