Qelebə.az / Bakıda FIA həftəsi başlayıb

Bakıda FIA həftəsi başlayıb

4-12-2023, 17:47

Bu gündən Azərbaycanda Beynəlxalq Avtomobil Federasiyası (FIA) həftəsi başlayıb.

“Report” xəbər verir ki, dekabrın 8-dək paytaxtda FIA Baş Assambleyalarının iclasları və mükafatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək.

Bu, avtomobil idmanı sahəsində ilin ən gözlənilən tədbirlərindən biri hesab edilir. Bakı beynəlxalq tədbirin qonaqlarını artıq qəbul etməkdədir.

FIA-nın Bakıdakı tədbirlərinə 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri gələcəklər.

Geri qayıt