Azərbaycanın daha bir paracüdoçusu Namiq Abaslı Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə medal qazanıb.
"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı J2 kateqoriyasında çıxış edib.
N.Abaslı özbəkistanlı Feruz Sayıdova qalib gələrək bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq) gümüş medal əldə ediblər.
Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə medal qazanıb.
"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı J2 kateqoriyasında çıxış edib.
Şirinli finaladək bütün rəqiblərinə qalib gəlib. O, həlledici raundda özbəkistanlı Kemran Nurillayevə məğlub olaraq gümüş medalla kifayətənib.
Qeyd edək ki, Vüqar Şirinli 2021-ci ildə eyni şəhərdə keçirilmiş Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə etimadı doğruldub.
"Report" xəbər verir ki, 48 kq çəki dərəcəsində yer alan idmançı J2 kateqoriyasında mübarizə aparıb.
Hacıyeva finala qədər irəliləməyi bacarıb. O, həlledici raundda qazaxıstanlı Nautbek Akmarala uduzub və gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Şəhanə Hacıyeva 2021-ci ildə eyni şəhərdə keçirilmiş Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.