Qelebə.az / Həndbol üzrə Azərbaycan çempionatı: "Qarabağ" inamlı qələbə qazanıb

Həndbol üzrə Azərbaycan çempionatı: "Qarabağ" inamlı qələbə qazanıb

2-12-2023, 14:38

Qadın həndbolçular arasında Azərbaycan çempionatında IV tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

"Qarabağ" "İdman Akademiyası" komandasını 43:16 hesabı ilə məğlub edib. Növbəti matçda isə "Azəryol" "Bakı"ya qalib gəlib - 42:7.

Qeyd edək ki, IV turun "Gənclər Birliyi” – “Kür” görüşü dekabrın 9-da olacaq.

Geri qayıt