Qelebə.az / “Səbail” Azərbaycan Kubokunda ən böyükhesablı qələbəsini qazanıb, rekorda bir qol çatmayıb

“Səbail” Azərbaycan Kubokunda ən böyükhesablı qələbəsini qazanıb, rekorda bir qol çatmayıb

29-11-2023, 13:09

“Səbail” klubu Azərbaycan Kubokunda tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda turnirin II təsnifat mərhələsində “Şəfa”nı 7:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Bu həm də “Səbail”in tarixində bütün turnirlər nəzərə alınmaqla ən böyükhesablı səfər qələbəsinin təkrarıdır. Bakı klubu I divizionda oynadığı 2016/17 mövsümündə də rəqib meydanında 7 top fərqi ilə qalib gəlib.

"Səbail" 2017-ci il fevralın 22-də “Göyəzən”lə səfər matçında indiki kimi 7 cavabsız qolla üstün olub. Həmin rekordu təxminən 6 il 9 aydan – 2470 gündən sonra təkrarlayan paytaxt təmsilçisi tarixinin üç ən böyükhesablı qələbəsindən birini bayram edib.

“Səbail” tarixinin ən böyük qalibiyyəti də I divizionda qeydə alınıb. Paytaxt klubu “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib. 2016-cı il noyabrın 24-nə təsadüf edən həmin rekord fərqin təkrarlanması üçün bir top çatmayıb.

Geri qayıt