Qelebə.az / La Liqa: “Real Madrid” darmadağınla zirvəyə yüksəlib

La Liqa: “Real Madrid” darmadağınla zirvəyə yüksəlib

27-11-2023, 02:39

İspaniya La Liqasının XIV turunda “Real Madrid” səfərdə “Kadiz”ə qalib gəlib.

"Report" xəbər verir ki, qarşılaşma qonaqların 0:3 hesablı qələbəsi ilə nəticələnib.

14-cü dəqiqədə Rodriqo hesabı açıb. 64-cü dəqiqədə futbolçu özünün və komandasının ikinci qolunu vurub. Oyunda son nöqtəni 74-cü dəqiqədə J.Bellinqem qoyub.

Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran Madrid təmsilçisi liderliyə yüksəlib. “Kadiz” isə 10 xalla 16-cı pillədə qərarlaşıb.

Geri qayıt