FIFA sanksiyalara görə Rusiya Premyer Liqası klublarına futbolçularının 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında iştirak etdiyi üçün pul göndərmir.
“QELEBE.AZ” xəbər verir ki, bu barədə TASS-a Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov məlumat verib.
Onun sözlərinə görə, hələlik oyunçuların mundialda iştirakı üçün pul bloklanıb: “Klublarımız sanksiyaya məruz qaldığı üçün FIFA bu pulu göndərmir”.
Oktyabr ayında FIFA futbolçuların Qətərdə keçirilən dünya çempionatında iştirakına görə klublara 209 milyon dollar təzminat ödəyəcəyini bildirmişdi. Qeyd olunub ki, futbolçunun mundialdan əvvəlki iki ildə çıxış etdiyi bütün klublara təzminat ödəniləcək.