Qelebə.az / Klopp: “Siti”yə qarşı matç “Liverpul”un çempionluq şanslarını müəyyən etməyəcək"

Klopp: “Siti”yə qarşı matç “Liverpul”un çempionluq şanslarını müəyyən etməyəcək"

25-11-2023, 02:40

“Liverpul”un baş məşqçisi Yurgen Klopp şənbə günü “Mançester Siti”yə qarşı keçiriləcək oyunun həyəcanverici olduğunu, lakin matçın “qırmızılar”ın çempionluq şanslarını müəyyən etməyəcəyini deyib.

“QELEBE.AZ” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə almaniyalı mütəxəssis cümə günü jurnalistlərə danışıb.

“Bu, “Siti”yə nə qədər yaxınlaşdığımızın sınağı deyil, bu, sadəcə, elə həyəcanverici oyundur ki, onu planetin istənilən nöqtəsindən izləyərdim”, – Klopp söyləyib.

Baş məşqçi şans qazanmaq üçün əllərindən gələni etməli olduqlarını vurğulayıb.

Eyni zamanda, komandasında tədricən formalaşan Salah – Nunyes tandemindən də bəhs edib:

“Futboldan başınız çıxmırsa, “Liverpul”un oyunçusu ola bilməzsiniz. Darvin və Mo bir-birini görür, lakin digər uşaqları da görməzdən gəlmirlər. Bu, sadəcə, oynamağın fərqli tərzidir”.

Xatırladaq ki, noyabrın 25-də İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində çempionatın lideri “Mançester Siti” özündən cəmi 1 xal geri qalan “Liverpul”u qəbul edəcək. Matç həmçinin Premyer Liqanın bombardirləri norveçli Erlinq Holann (13 qol) və misirli Məhəmməd Salahın (10) qarşıdurması ilə əlamətdar olacaq.

Geri qayıt