Qelebə.az / Norveç klubu ilə matç üçün "Qarabağ" azarkeşlərinə 737 bilet ayrılıb

Norveç klubu ilə matç üçün "Qarabağ" azarkeşlərinə 737 bilet ayrılıb

24-11-2023, 11:11

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə "Molde" klubunun qonağı olacaq "Qarabağ"a 737 bilet ayrılıb.

Bu barədə "QELEBE.AZ"a "köhlən atlar"ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

O, qarşılaşma üçün azərbaycanlı azarkeşlərin müraciətlərinin olduğunu diqqətə çatdırıb: "Amma fanatlarımızın nə qədər olacağını oyun vaxtı biləcəyik. Biletlər qarşılaşmanın startından 2 saat əvvəl satışa çıxarılacaq".

Noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.

Qeyd edək ki, ikinci yer uğrunda həlledici qarşılaşmadan öncə “Qarabağ” qrupda 2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb.

Geri qayıt