Qelebə.az / EEVZA: Azərbaycan millisi bu gün Litva ilə qarşılaşacaq

EEVZA: Azərbaycan millisi bu gün Litva ilə qarşılaşacaq

23-11-2023, 09:44

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün dördüncü oyununa çıxacaq.

“QELEBE.AZ”un məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Litva ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Milli ilk üç turda Latviya, Ukrayna və Estoniyaya 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Geri qayıt