Qelebə.az / Ölkələrin üçdə biri hələ də WADA-ya məcburi ianələri verməyib

Ölkələrin üçdə biri hələ də WADA-ya məcburi ianələri verməyib

20-11-2023, 20:48

Ümumdünya Antidopinq Agentliyinə (WADA) üzv ölkələrin üçdə biri 2023-cü il büdcəsinə hələ də məcburi ianələrin ödənilməsini həyata keçirməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu WADA-nın materiallarından görmək olar.

Noyabrın ortalarına olan duruma görə, 2023-cü ildə ödəniş etməli olan 200 ölkədən 67-si WADA büdcəsinə ianə etməyib. Ödənişi etməyənlər arasında Afrikanın 34, Amerikanın 15, Asiyanın 13 və Avropanın 5 ölkəsi var.

Geri qayıt