Qelebə.az / Azərbaycanın FIFA referiləri növbəti dəfə təyinat alıb

Azərbaycanın FIFA referiləri növbəti dəfə təyinat alıb

6-10-2022, 14:33

Azərbaycanın FIFA referiləri UEFA-dan növbəti təyinat alıblar.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əsas hakim Rauf Cabarov və FIFA referi köməkçisi Namiq Hüseynov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda keçiriləcək oyunlarda iş başında olacaqlar.

İsveç, Xorvatiya, Uels və Albaniya komandalarının mübarizə aparacağı bu qrupun matçları oktyabrın 20-dən 26-dək Xorvatiyada təşkil ediləcək.

Geri qayıt