Qelebə.az / “Neftçi” bu gün “Zenit”lə yoxlama görüşü keçirəcək

“Neftçi” bu gün “Zenit”lə yoxlama görüşü keçirəcək

18-11-2023, 10:04

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Neftçi” bu gün yoxlama görüşü keçirəcək.

“QELEBE.AZ”un məlumatına görə, Bakı klubu Rusiya təmsilçisi “Zenit”lə qarşılaşacaq.

İyulun 1-də “Match TV” turniri çərçivəsində Sankt-Peterburqda üz-üzə gələn komandalar bu dəfə “Neftçi Arena”da qarşılaşacaqlar. Klubların millilərə qoşulan oyunçuları bugünkü matçda iştirak etməyəcəklər.

Qeyd edək ki, Rusiyadakı qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanıb.

Yoxlama görüşü

18 noyabr

21:00. “Neftçi” (Azərbaycan) – “Zenit” (Rusiya)

Bakı, “Neftçi Arena”

Geri qayıt