Qelebə.az / "Araz-Naxçıvan"ın futbolçusu köhnə zədəsini yeniləyib

"Araz-Naxçıvan"ın futbolçusu köhnə zədəsini yeniləyib

16-11-2023, 17:22

"Araz-Naxçıvan" klubunun futbolçusu İsmail Azzaui növbəti dəfə sıradan çıxıb.

Naxçıvan təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi köhnə zədəsini yeniləyib.

Belçikalı futbolçu hazırda fərdi məşqlər edir. O, üç gündən sonra komandanın hazırlığına qoşula biləcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" noyabrın 26-da Premyer Liqanın XIV turunda "Neftçi"nin qonağı olacaq.

Geri qayıt