Qelebə.az / “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunan film hazırlanıb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunan film hazırlanıb

15-11-2023, 12:26

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunan film hazırlanıb.

“Report” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Stadionlar səssiz olanda” filmi noyabrın 30-dan etibarən kinoteatrlarda nümayiş olunacaq.

Nazirliyin dəstəyi ilə istehsal edilən filmdə Qurban Qurbanovun XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.

Geri qayıt