Qelebə.az / İsveç yığmasını Azərbaycanla oyunda 50-yə yaxın azarkeş dəstəkləyəcək

İsveç yığmasını Azərbaycanla oyunda 50-yə yaxın azarkeş dəstəkləyəcək

14-11-2023, 16:19

İsveç yığmasını Bakıda Azərbaycan millisi ilə AVRO-2024-ün seçmə mərhələ oyununda dəstəkləyəcək azarkeşlərin sayı bəlli olub.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin "Report"a verdiyi məlumata görə, qonaqların 50-yə yaxın fanatı Tofiq Bəhramov adına Respublika stadionunda yer alacaq.

Qeyd edək ki, noyabrın 16-da gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç üçüncüdür.

Geri qayıt