Qelebə.az / AFFA rəsmisi AVRO-2024-ün seçmə mərhələ oyununa təyinat alıb

AFFA rəsmisi AVRO-2024-ün seçmə mərhələ oyununa təyinat alıb

11-11-2023, 15:00

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan təyinat alıb.

"QELEBE.AZ" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Slovakiya və İslandiya milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 16-da Bratislavada gerçəkləşəcək.

Geri qayıt