Qelebə.az / İngiltərə və İspaniya klublarının futbolçuları həftənin ən yaxşısı adına namizəddirlər

İngiltərə və İspaniya klublarının futbolçuları həftənin ən yaxşısı adına namizəddirlər

9-11-2023, 09:31

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

“QELEBE.AZ” xəbər verir ki, Avropa futbol qurumu qrup mərhələsinin IV turundan sonra 4 iddiaçını müəyyənləşdirib.

Bunlar Bukayo Saka (“Arsenal”, İngiltərə), Erlinq Holann (“Mançester Siti”, İngiltərə), Rodriqo (“Real”, İspaniya) və Antuan Qrizmanndır (“Atletiko”, İspaniya).

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Geri qayıt