İngiltərənin “Mançester Yunayted”i cari mövsümdə 17 oyunun 9-dan məğlub ayrılıb.
“Report” xəbər verir ki, “qırmızı şeytanlar”ın doqquzuncu məğlubiyyəti Çempionlar Liqasının qrup mərhələsinin “Kopenhagen”lə səfər matçına təsadüf edib.
Sonuncu dəfə 1973/1974 mövsümündə “Mançester Yunayted” oxşar nəticə göstərib ki, bundan sonra komanda aşağı liqaya düşüb.
Qeyd edək ki, “qırmızılar” Çempionlar Liqasının qrupunda 3 xalla sonuncudurlar. Premyer Liqada Erik ten Haqın rəhbərlik etdiyi komanda 8-ci yerdədir.