UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.
"QELEBE.AZ"un məlumatına görə, ilk olaraq iki qarşılaşma baş tutub.
F qrupunda İngiltərənin "Nyukasl" komandası Dortmundda "Borussiya"nın qonağı olub. Qarşılaşma Almaniya klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
H qrupunda isə sensasiya qeydə alınıb. Ukraynanın "Şaxtyor" klunu İspaniya çempionu "Barselona"nın minimal hesabla üstələyib - 1:0.
Qeyd edək ki, günün digər 6 görüşü saat 00:00-da başlanacaq.