Qelebə.az / Braziliyalı futbolçu PSJ-nin tarixinə düşüb

Braziliyalı futbolçu PSJ-nin tarixinə düşüb

6-11-2023, 09:58

Braziliya millisinin futbolçusu Markinyos Fransanın PSJ klubunun tarixinə düşüb.

"Report" xəbər verir ki, 29 yaşlı müdafiəçi buna XI turda "Monpelye"ni 3:0 hesabı ilə məğlub etdikləri XI turun matçında iştirak etməklə naill olub.

Kapitan komanda ilə 300-cü qələbəsini əldə edib. Markinyos PSJ-nin bu rəqəmə çatan ilk oyunçusudur.

Qeyd edək ki, Markinyos 2013-cü ildən Paris təmsilçisinin formasını geyinir. O, bu müddət ərzində 419 qarşılaşmada 38 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt