Qelebə.az / "Dinamo"nun baş məşqçisi: "Bu qol Mahir Emrelinin özünəinamı üçün yaxşıdır"

"Dinamo"nun baş məşqçisi: "Bu qol Mahir Emrelinin özünəinamı üçün yaxşıdır"

6-11-2023, 09:28

"Bu qol, şübhəsiz ki, Mahir Emrelinin özünəinamı üçün yaxşıdır".

"QELEBE.AZ" "Vecernji" nəşrinə istinadən xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" komandasının baş məşqçisi Sergey Yakiroviç "Varajdin"lə heç-heçə (1:1) etdikləri XIV turun oyunundan sonra deyib.

46 yaşlı mütəxəssis hücum xəttindəki oyunçulardan razı qalmadığını bildirib: "Biz daha çox təhlükə yaratmalıyıq. Tez-tez rəqib qapısını təzyiqdə saxlamalıyıq. Qapıya zərbə vurmasan, fərqlənə bilməyəcəksən".

Qeyd edək ki, "Varajdin"lə matçda 75-ci dəqiqədə meydana çıxan Emreli 90+5-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edib.

Geri qayıt