Qelebə.az / La Liqa: “Real” “Rayo Valyekano”nun öhdəsindən gələ bilməyib

La Liqa: “Real” “Rayo Valyekano”nun öhdəsindən gələ bilməyib

6-11-2023, 02:17

“Real Madrid” İspaniya çempionatının 12-ci turunun ev oyununda "Rayo Valyekano"nu məğlub edə bilməyib.

“Report” xəbər verir ki, görüş qolsuz bərabərliklə yekunlaşıb.

“Kral klubu”nun qalib gələcəyi təqdirdə, 31 xalla turnir cədvəlinə başçılıq edən “Jirona”nı keçə biləcəkdi.

Keçirilmiş 12 oyundan sonra “Real Madrid” 29 xalla ikinci pillədə qərarlaşıb. “Rayo Valyekano” 18 xalla 9-cu yerdədir.

Geri qayıt