Qelebə.az / Arauxonun qolu “Barselona”ya “Real Sosyedad” üzərində qələbə qazandırıb

Arauxonun qolu “Barselona”ya “Real Sosyedad” üzərində qələbə qazandırıb

5-11-2023, 04:16

“Barselona” futbol üzrə İspaniya çempionatının 12-ci turunun matçında “Real Sosyedad”ı 1:0 hesabı ilə məğlub edib.

"QELEBE.AZ"un məlumatına görə, görüş San-Sebastyanda baş tutub.

Qolu ikinci hissəyə əlavə olunan dördüncü dəqiqədə Ronald Arauxo vurub.

"Barselona" səfərdə "Real Sosyedad"ı ardıcıl 4-cü dəfə məğlub edərək, klubun rekordunu təkrarlayıb. Kataloniya klubu turnir cədvəlində 27 xalla üçüncü pilləyə yüksəlib, “Real Sosyedad” isə 19 xalla altıncıdır.

Geri qayıt