Qelebə.az / Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib

Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib

4-11-2023, 19:57

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, günün ikinci görüşündə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib.

"Kapital Bank Arena"da gerçəkləşən qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 15-ci dəqiqədə Rövlan Muradov, 69-cu dəqiqədə Roi Kehat vurub.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Sumqayıt" 5-ci pilləyə yüksəlib. Naxçıvan təmsilçisi 20 xalla dördüncüdür.

Qeyd edək ki, günün ilk matçında "Qarabağ" "Kəpəz"i 7:1 hesabı ilə məğlub edib. "Qəbələ" - "Neftçi" və "Sabah" - "Zirə" oyunları noyabrın 5-də gerçəkləşəcək.

Ötən gün "Səbail" evdə "Turan Tovuz"u 2:1 hesabı ilə üstələyib.

Geri qayıt