Qelebə.az / "Neftçi" klubu çempionatda ilk qələbəsini Cəlilabadda qazanıb

"Neftçi" klubu çempionatda ilk qələbəsini Cəlilabadda qazanıb

4-11-2023, 16:39

Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının II turunun oyunu baş tutub.

Federasiyadan "Report"a verilən məlumata görə, I turda məğlub olan "Neftçi" səfərdə "Cəlilabad" klubunu məğlub edib.

Oyun qonaqların 90:56 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Cəlilabad"dan Rişon Conson (38 xal, 8 ribaund), "Neftçi"dən Maykl Karter (19 xal, 4 ribaund) olublar.

Qeyd edək ki, II turun son oyunu - "Şəki" - "Sərhədçi" qarşılaşması noyabrın 5-də baş tutacaq.

Geri qayıt