İngiltərə Premyer Liqasında tarixi hadisə baş verəcək.
“QELEBE.AZ”un yerli mətbuata istinadən məlumatına görə, ilk dəfə bir oyunda qadın hakim fəaliyyət göstərəcək.
Belə ki, Rebekka Uelç XI turun “Fulhem” – “Mançester Yunayted” matçına təyinat alıb. 39 yaşlı FIFA referisi həmin qarşılaşmanın dördüncü hakimi olacaq.
Qeyd edək ki, “Fulhem” – “Mançester Yunayted” matçı noyabrın 4-də keçiriləcək.