Qelebə.az / Rusiya millisinin sabiq futbolçusu ilin sonunadək həbsdə qalacaq

Rusiya millisinin sabiq futbolçusu ilin sonunadək həbsdə qalacaq

3-11-2023, 15:27

Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev narkotiklə bağlı cinayət işi üzrə dekabrın 31-dək həbsdə qalacaq.

"QELEBE.AZ" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Krasnodar məhkəməsi qərar çıxarıb.

42 yaşlı keçmiş müdafiəçi oktyabrın 29-na keçən gecə polis tərəfindən saxlanılıb. Onun üzərindən satmaq məqsədilə 500 qram mefedron aşkarlanıb.

Qeyd edək ki, Aleksey Buqayev ölkəsində "Torpedo", "Lokomotiv", "Krasnodar" kimi klublarda çıxış edib. O, 2004-2005-ci illərdə Rusiya yığmasının formasını geyinib.

Geri qayıt