Qelebə.az / Azərbaycanın U-21 millisinin Latviya ilə matçının başlama saatı və stadionu açıqlanıb

Azərbaycanın U-21 millisinin Latviya ilə matçının başlama saatı və stadionu açıqlanıb

3-11-2023, 11:06

21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan millisinin Latviyaya qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama saatı və stadionu müəyyənləşib.

“Report”un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma noyabrın 17-də “Dalğa Arena”da baş tutacaq.

Matçın start fiti saat 18:00-da səslənəcək.

Geri qayıt