Qelebə.az / Cüdo üzrə olimpiya və dördqat dünya çempionu xəstəxanaya yerləşdirilib

Cüdo üzrə olimpiya və dördqat dünya çempionu xəstəxanaya yerləşdirilib

2-11-2023, 12:30

Yaponiya Olimpiya Komitəsinin prezidenti Yasuhiro Yamasita xəstəxanaya yerləşdirilib.

"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, funksioner yıxılaraq boyun fəqərələrini zədələyib.

O, bu səbəbdən əməliyyat olunacaq. Qeyri-müəyyən müddətə komitənin rəhbəri vəzifəsini vitse-prezident Yuko Mitsuya icra edəcək.

Qeyd edək ki, Yasuhiro Yamasita cüdo üzrə olimpiya və dördqat dünya çempionudur.

Geri qayıt