Qelebə.az / Azərbaycan Voleybol Federasiyası tərəfindən seleksiya xarakterli görüş keçirilib

Azərbaycan Voleybol Federasiyası tərəfindən seleksiya xarakterli görüş keçirilib

31-10-2023, 13:26

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətində növbəti dəfə seleksiya xarakterli görüş keçirilib.

AVF-dən “QELEBE.AZ”a verilən məlumata görə, yeniyetmə və gənc qızlardan ibarət millilərin baş məşqçisi Şahin Çatma, eyni zamanda, federasiya nümayəndələri bununla bağlı Gəncədə səfərdə olublar.

Səfər çərçivəsində Şahin Çatma və Gəncə Regional Voleybol Klubunun rəhbərliyi bir neçə orta məktəbdə görüş keçiriblər. Müvafiq kriteriyalara uyğun gələn uşaqlar müəyyənləşdirilib. Seçilən uşaqlar Gəncə Regional Voleybol Klubunda məşqlərə cəlb olunacaqlar.

AVF uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətində seleksiya işlərini davam etdirəcək.

Geri qayıt