Qelebə.az / Çempionlar Liqası: "Napoli" İtaliya futbolunun tarixinə düşüb

Çempionlar Liqası: "Napoli" İtaliya futbolunun tarixinə düşüb

5-10-2022, 10:27

"Napoli" İtaliya futbolunun tarixinə düşüb.

"QELEBE.AZ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Luçano Spalettinin baş məşqçi olduğu komanda buna Niderlandda "Ayaks"ı 6:1 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin III tur oyununda nail olub.

Neapollular qitənin bir nömrəli klub turnirində səfər matçında 6 qol vuran ilk İtaliya təmsilçisi olub. İndiyədək ölkənin heç bir kollektivi bunu bacarmayıb.

Qeyd edək ki, "Napoli" qrup mərhələsində keçirdiyi görüşlərin hamısında qələbə qazanıb. Komanda 9 xalla A qrupuna başçılıq edir.

Geri qayıt