Qelebə.az / "Səbail"in futbolçusu: "Güclü rəqiblə matçda bir xal qazandıq"

"Səbail"in futbolçusu: "Güclü rəqiblə matçda bir xal qazandıq"

30-10-2023, 14:55

"Güclü rəqiblə matçda bir xal qazandıq".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Səbail"in futbolçusu Pedro Nuno "Zirə" ilə heç-heçə (2:2) etdikləri Azərbaycan Premyer Liqasının XI turunun oyunu ilə bağlı şəxsi instaqram hesabında yazıb.

28 yaşlı yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini də bildirib: "Mən də vurduğum iki qola görə xoşbəxtəm".

Qeyd edək ki, Pedro Nuno "dənizçilər"in hər iki qolunun müəllifi olub. Portuqaliyalı oyunçu iyulun 5-də paytaxt təmsilçisinə keçib.

Geri qayıt