Qelebə.az / İngiltərənin "Mançester Yunayted" klubu antirekorda imza atıb

İngiltərənin "Mançester Yunayted" klubu antirekorda imza atıb

30-10-2023, 09:55

İngiltərənin "Mançester Yunayted" klubu antirekorda imza atıb.

"QELEBE.AZ" xəbər verir ki, "qırmızı-şeytanlar" şotlandiyalı baş məşqçi Aleks Ferqyusonun gedişindən sonra "Old Trafford"da 34 Premyer Liqa matçında uduzub.

Son məğlubiyyət ötən gün X turda "Mançester Siti" ilə oyunda (0:3) qeydə alınıb.

Komanda 81 yaşlı mütəxəssisin 26 illik dönəmində çempionatda yalnız 34 dəfə yenilib.

Qeyd edək ki, Aleks Ferqyuson 1986-cı ilin noyabrından 2013-cü ilin mayına qədər "Mançester Yunayted"in baş məşqçisi olub.

Geri qayıt