Qelebə.az / UEFA Gənclər Liqası: “Qəbələ”nin II mərhələdəki oyunlarının vaxtı və yeri müəyyənləşib

UEFA Gənclər Liqası: “Qəbələ”nin II mərhələdəki oyunlarının vaxtı və yeri müəyyənləşib

30-10-2023, 10:01

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçirəcəyi oyunların vaxtı və yeri müəyyənləşib.

“Report” xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı noyabrın 8-də baş tutacaq ilk matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Görüş saat 16:00-da başlayacaq.

Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. “Olimpiakos” Məşq Mərkəzində reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

Qeyd edək ki, “Qəbələ” I mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.

Geri qayıt