Qelebə.az / Mançester derbisində "şəhərlilər" qələbə qazanıb

Mançester derbisində "şəhərlilər" qələbə qazanıb

29-10-2023, 21:27

İngiltərə Premyer Liqasında Mançester derbisi keçirilib.

"QELEBE.AZ" xəbər verir ki, X turda "Mançester Yunayted" son çempion "Mançester Siti"ni qəbul edib.

“Old Trafford”dakı qarşılaşma "şəhərlilər"in 3:0 hesablı qələbəsi ilə bitib.

Qolları 26 və 49-cu dəqiqələrdə Erlinq Holann, 80-ci dəqqidə Fil Foden vurub.

Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "Mançester Siti" üçüncü pilləyə yüksəlib. "Qırmızı-şeytanlar" 15 xalla səkkizincidir.

Geri qayıt