Qelebə.az / Boksçu Fyuri keçmiş UFC çempionunu məğlub edib

Boksçu Fyuri keçmiş UFC çempionunu məğlub edib

29-10-2023, 06:17

Britaniyalı boksçu Tayson Fyuri Dünya Boks Şurasının (WBC) xüsusi kəməri uğrunda döyüşdə keçmiş UFC çempionu kamerunlu Frensis Nqannunu məğlub edib.

“Report” xəbər verir ki, on raundluq döyüş Ər-Riyadda (Səudiyyə Ərəbistanı) baş tutub.

Fyuri hakimlərin qərarı ilə (94-95, 96-93, 95-94) qələbə qazanıb. Üstəlik, üçüncü raundda britaniyalı Nqannunun zərbəsindən nokdauna düşüb.

Qeyd edək ki, 35 yaşlı Fyurinin 34 qələbəsi (24-ü nokautla) və heç bir məğlubiyyəti yoxdur. 37 yaşlı Nqannounun qarışıq döyüş növləri (MMA) üzrə 17 qələbəsi, üç məğlubiyyəti var.

Geri qayıt