Qelebə.az / Azərbaycanlı futbolçu Albaniya klubunda növbəti qolunu vurub

Azərbaycanlı futbolçu Albaniya klubunda növbəti qolunu vurub

28-10-2023, 21:11

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” klubunda növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi X turda "Skenderbeu" ilə səfər oyununda fərqlənib.

İsgəndərli üçüncü dəqiqədə hesabı açıb.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Eqnatiya" 10 turdan sonra 20 xalla liderdir. Rəqibindən bir matç az keçirən ikinci sıradakı "Partizani" də eyni xala malikdir.

Geri qayıt