Qelebə.az / Rusiya millisinin futbolçusunun qabırğası sınıb

Rusiya millisinin futbolçusunun qabırğası sınıb

28-10-2023, 16:28

Rusiya millisinin və "Spartak" klubunun futbolçusu Georgi Cikiya zədələnib.

"Report" "Championat" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin məşq zamanı qabırğası sınıb.

Onun bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, Georgi Cikiya 2017-ci ildən Moskva təmsilçisinin formasını geyinir.

Geri qayıt