Qelebə.az / Azərbaycan karateçisi üçqat dünya çempionu olub

Azərbaycan karateçisi üçqat dünya çempionu olub

28-10-2023, 15:54

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, o, həlledici qarşılaşmada İsveçrə təmsilçisi Yelena Quriçə 4:3 hesabı ilə qalib gəlib.

Beləliklə, İ.Zaretska üçqat dünya çempionu olub. Təcrübəli idmançı 2018 və 2021-ci illərdə keçirilən mundiallarda da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Geri qayıt