Qelebə.az / Dünya çempionatı: Azərbaycan minifutbol millisi bu gün ilk oyununu keçirəcək

Dünya çempionatı: Azərbaycan minifutbol millisi bu gün ilk oyununu keçirəcək

27-10-2023, 09:30

Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında ilk oyununa çıxacaq.

“QELEBE.AZ”un məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu yığma İraq ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, G qrupunda yer alan Azərbaycan millisi oktyabrın 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.

Geri qayıt